Cəlilabadda balta ilə xəsarət yetirilənlərin kimliyi məlum olub, saxlanılan var

Cəlilabadda balta ilə xəsarət yetirilənlərin kimliyi məlum olub, saxlanılan var
Hadisə 20

Cəlilabadda balta xəsarəti alan yeniyetmələrin kimliyi məlum olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, onlar rayonun Üçtəpə kənd sakinləri - 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə. Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunda 12 və 14 yaşlı uşaqlar baltadan xəsarət alıblar.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.

Xəsarət alan yeniyetmələr Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəsin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər