Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb

Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb
Si̇yahı Foto
Hadisə 43

Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların sayı artıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "VAZ-2106" markalı minik avtomobilinin "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində xəsarət alanların sayı beş nəfərə çatıb.

Xəsarət alanlar - Səfərli Zülfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***12:08

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt–Astara yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili qarşı istiqamətdən gələn "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Fakt ilə bağlı araşdırma aparılır.

Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb

Son xəbərlər