Cəlilabadda evdə doğuş edən qadının ölüm səbəbləri açıqlanıb
Cəlilabad rayonunda evdə doğuş edən qadının vəfatı ilə bağlı TƏBİB açıqlama verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, martın 8-də saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə daxil olub.
"Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib".
Bildirilib ki, saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb.
"Bütün reanimasiyon tədbirlərə baxmayaraq, 20.03.2025-ci il tarixində saat 17:30 radələrində ölüm faktı qeydə alınıb".
Oxşar xəbərlər
Ağdamda iki qardaş 12 manata görə bıçaqlandı
Ağdam rayonunun Baharlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, mübahisə nəticəsində Kənan Hüseynov və Elçin...