Cəlilabadda avtomobil su kanalına aşdı, bir nəfər öldü
30
yan
2022
23:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetmədən çıxıb, yaxınlıqdakı su kanalına düşüb.
Nəticədə Cəlilabad şəhər sakini, 1991-ci il təvəllüdlü Rzayev Emin Asif oğlu avtomobilin içərisində suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda kriminal avtoritetin qətlində təqsirləndirilən şəxs azadlığa buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Binəqədi rayonunda “Emin 444” kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş Həsən Tağıyev və Zaur Yusifovun iş...