Cəlilabadda ağır yol qəzasında 33 yaşlı sərnişin həyatını itirib
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Səbran Əliyevin idarə etdiyi "Kia Rio" markalı avtomobillə digər rayon sakini Kamran Quliyevin idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. "Changan" markalı avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...