Cəlilabadda ağır qəza: 8 nəfər xəsarət alıb

Cəlilabad rayonunda yol qəzası baş verib.
BAKU.WS xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı minik avtomobili toqquşub.
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 14:00 radələrində Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər (4-ü qadın, 4-ü kişi cinsli) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub, zəruri ilkin tibbi xidmət göstərilib.
1978-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər 7 şəxsin müalicəsi tibbi müəssisənin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Oxşar xəbərlər
Ağdərədə dağlıq ərazidə yanğın törədən şəxslər saxlanılıb
Ötən gün Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar. DİN-in Mətbu...
