Cəbrayılda yük maşınını qaçırmaqda şübhəli bilinən șəxslər saxlanılıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl rayonun Əmirvarlı kəndi ərazisindən "Shacman" markalı yük maşınının qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər, əvvəllər məhkum olunan Eldar Babayev və Elçin İsmayılov saxlanılıblar:
"Onlar avtomobili qazanc əldə etmək məqsədi ilə qaçıdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir".
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...