Cəbrayılda mina partlayıb, bir nəfər xəsarət alıb
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yanvarın 7-də mina hadisəsi baș verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
"Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur", - məlumatda deyilir.
Oxşar xəbərlər
Azərbaycan Dövlət Film Fondunun əməkdaşı HƏBS EDİLDİ
Azərbaycan Dövlət Film Fondunda biblioqraf vəzifəsində işləyən Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Cavid İbrahimov həbs edilib. BAKU.WS "Teleqraf"a istinadə...