Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı

26
yan
2022
12:25
İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb.
"Azərbaycan, rus və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməlliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib", - Ə.Şahidov qeyd edib.
Oxşar xəbərlər
Sumqayıtda qətl törədib xaricə qaçdı: “Cinayəti boynuna götür, mən cavanam”
2019-cu ildə Sumqayıtda baş vermiş cinayət hadisəsinin təfərrüatlarına baxdıqca insanın beyninə bir fikir gəlir: Məgər mübahisəni başqa cür, xoşluqla yoluna qoy...