Cəbhədən yeni XƏBƏR: Silah ehtiyatı artırılır (VİDEO,FOTO)

Cəbhədən yeni XƏBƏR: Silah ehtiyatı artırılır (VİDEO,FOTO)
Video
Hadisə 3554

Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.

BAKU.WS Müfadiə Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizin hərbi sənaye komplekslərində, Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir.

Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır. Eyni zamanda uzun müddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən diversiya əməliyyatları barədə AÇIQLAMA

Nazirlikdən diversiya əməliyyatları barədə AÇIQLAMA

"Düşmən tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir". BAKU.WS x...

2206 Hadisə 12:54 14 aprel 2016

Son xəbərlər