Azərbaycan ordusu təhdidlərdən qorunmaq üçün hərəkətə keçdi (FOTO)

Azərbaycan ordusu təhdidlərdən qorunmaq üçün hərəkətə keçdi (FOTO)
Hadisə 1690

 

Silahlı Qüvvələrdə uğurla başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarının bütün şəxsi heyətini əhatə edib.

BAKU.WS-in məlumatına görə, Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqlar quruda, dənizdə, səmada real təhdid və risklərin qarşısının alınmasının təmin olunması məqsədini daşıyır.

Maddi-texniki bazanın gücləndirilməsi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris ilində döyüş hazırlığının daha intensiv və məzmunlu aparılmasına imkan yaradıb.

Müdafiə nazirinin göstərişi ilə əsas diqqət şəxsi heyət tərəfindən müasir döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin müxtəlif iqlim və çətin relyef şəraitində düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının artırılmasına yönəldilib.

Müxtəlif kateqoriyalı komandirlər qarşıda qoyulmuş məqsədlərə nail olmaq üçün plana uyğun və ardıcıl surətdə silahlardan istifadə olunması, qoşunların idarəedilməsi effektivliyinin yüksəldilməsi, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və digər istiqamətlər üzrə vərdişləri təkmilləşdirirlər.

BAKU.WS

Oxşar xəbərlər

Müdafiə Nazirliyi təkzib etdi: hərbi qulluqçuların maaşı azaldılmayıb

Müdafiə Nazirliyi təkzib etdi: hərbi qulluqçuların maaşı azaldılmayıb

Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçuların pul təminatının azalması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyinin mətb...

1012 Hadisə 12:51 16 yanvar 2016

Son xəbərlər