CBC TV-nin avtomobili aşdı
Yeniliklərdən dərhal xəbərdar olun
"CBC" TV-nin çəkiliş qrupu yol qəzasına düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "report"a televiziyadan məlumat verilib. Bildirilib ki, hadisə Tərtər-Bərdə yolu istiqamətində baş verib.
Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub. Belə ki, hadisə nəticəsində qəzaya uğrayan avtomobil aşıb. Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
"Telekanalın rəhbərliyi hadisədən sonra yerli icra orqanlarıyla əlaqə saxlayıb, avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bakı-Qazax yolunda zəncirvari qəza: 30-a yaxın avtomobil toqquşdu
Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub. BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə magistral yolun Ələt qəsə...