İcarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı qocanı vurdu

İcarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı qocanı vurdu
Hadisə 1572

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in report-a istinadla məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Hüseynov Abdulmanaf Əhməd oğlunu “Gelandewagen” markalı avtomobil vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.

Qeyd edək ki, nəqliyyat vasitəsi paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur.

Hadisənin təfərrüatı araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda gənc qızı avtomobil vuraraq digər avtomobilin üzərinə atıb

Bakıda gənc qızı avtomobil vuraraq digər avtomobilin üzərinə atıb

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 8...

194 Hadisə 08:45 24 noyabr 2021

Son xəbərlər