Canlı efirdəki davanın kadrarxası görüntüləri yayıldı - VİDEO

Ötən gün Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.
BAKU.WS xəbər verir ki, verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.
Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb.
Bu gün proqramda verilişin aparıcısı Lalə Azərtaş ötən axşam baş verən hadisənin reklam fasiləsi zamanı çəkilən görüntülərini canlı efirdə nümayiş etdirib.
Belə ki, canlı efirdə böyüyən qalmaqalda əvvəlcə vəkil Şəfiqə Nağıyeva Anar Vəziroğluna su atıb.
Kadrlarda A.Vəziroğlu Ş.Nağıyevaya yaxınlaşaraq onunla mübahisə edib. Mübahisə əsnasında şair vəkilin ünvanına təhqiramiz ifadələr səsləndirib. Ş.Nağıyeva isə “Rədd ol!” kəlməsini dilə gətirərək, A.Vəziroğlunun üzərinə yanındakı stəkanı götürərək su atıb. Əsəbiləşən şair eyni hərəkəti etmək istədiyi vaxt digər vəkil ekspert tərəfindən qarşısı alınıb.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Efirdə dava salan ekspert danışdı: “Qızımı söydü”
Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib. Hadisə verilişdə ekspert qismində iştirak edən fəlsəfə doktoru Anar Vəziroğlu və vəkil Şə...