Canlı yayımda gözlənilməz olay: qəfil yerə yıxıldı (VİDEO)

Canlı yayımda gözlənilməz olay: qəfil yerə yıxıldı (VİDEO)
Video
Hadisə 2105
 

TRT kanalının canlı yayımında xoşagəlməz hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, "Anadolu soruyor" adlı verilişdə qonaqlardan biri qəfil özündən gedib. "Kanal 5" TV-nin nümayəndəsi Abdulkadir Ünal huşunu itirərək canlı yayımda yerə yıxılıb. 

Ünala ilk müdaxiləni verilişin qonaqları edib. Daha sonra huşunu itirən Abdulkadir Ünal xəstəxanaya aparılıb. Reklam fasiləsindən sonra "TRT Haber"in canlı yayımı davam edib. Huşunu itirən jurnalistin vəziyyətinin yaxşı olduğu bildirilib. 

Program bu açıqlamadan sonra başa çatıb. 

BAKU.WS

Son xəbərlər