Cabir İmanov qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb.
Görüntülərdən məlum olur ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.
C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu
Məktəbdə yıxılaraq həyatını itirən şagird dəfn olunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi G.D. Salyan rayonunun Arbatan kənd qəbirist...