Bulvarda intihar etmək istəyən qadın belə xilas edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bulvarda intihar etmək istəyən şəxs xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-Bulvarı” dalğıc axtarış qrupunun müvafiq xilasetmə qüvvələri tərəfindən 1991-ci il təvəllüdlü S.Ağakişiyeva xilas olunaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Balıq tutarkən boğulan şəhid oğlu ilə qazinin meyiti TAPILDI - YENİLƏNİB
Lökbatanda balıq tutarkən boğulan digər şəxsin meyiti də tapılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunur ki, iyulun 28-də a...