Bu qadını görənlər dərhal polisə zəng etsinlər - FOTO

Bu qadını görənlər dərhal polisə zəng etsinlər - FOTO
Hadisə 1954

Şəkidə 30 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Zunud kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədova Tünzalə Etibar qızı aprel ayının 15-i günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Tünzalə Məmmədovanın əlamətləri bunlardır: boyu 155 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində ağ rəngli köynək, köynəyin üzərindən qara jilet və qara rəngli şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsinin (024) 244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bu qadını görənlər dərhal polisə zəng etsinlər - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər