Bu ilin altı ayında 500-dən çox yol qəzası olub, 285 nəfər ölüb

Bu ilin altı ayında 500-dən çox yol qəzası olub, 285 nəfər ölüb
Hadisə 0

2026-cı ilin yanvar-iyun aylarında 533 yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Bildirilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Onlardan 285 nəfər ölüb, 404 nəfər isə yaralanıb. Hadisələrin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib.

Yol-nəqliyyat hadisələrinin 34,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 83,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz azalaraq 201 nəfər, yaralananların sayı isə 19,7 faiz azalaraq 379 nəfər olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər