Bu ilin altı ayı ərzində 109 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin altı ayı ərzində 109 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Hadisə 28

Bu ilin altı ayı ərzində 109 milyon 706 min 109 manatlıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 570 hektar sahədən yaş kütləsi 152 ton 391 kq olan 2 269 742 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Son xəbərlər