Bu ilin 6 ayı ərzində 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Bu ilin 6 ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 5 ton 497 kq 378,1 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 166 milyon AZN kimi qiymətləndirilir.
Bu barədə BAKU.WS-ə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda məlumat verilib.
Qeyd edilib ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 497 kq 378, 1 qram narkotik vasitələrin və psixotrop maddələrin 4 ton 698 kq 482,159 qramını marixuana, 236 kq 893,346 qramını heroin, 104 kq 999,798 qramını tiryək, 240 kq 913,147 qramını həşiş, 124 kq 868,74 qramını digər narkotik vasitələr və 91 kq 220,91 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 24437 ədəd həb metadon, 9444 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülmüşdür.
Oxşar xəbərlər
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
Bu ilin 6 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb edilib. Bu barədə BAKU.WS-ə Narkomanlığa və Narkotik Vas...