Bu il Azərbaycanda yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Azərbaycanda yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən BAKU.WS-ə bildirilib ki, 2022-ci ilin yanvar-iyun aylarında ölkədə 817 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.
Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,2 faiz artaraq 1109 nəfər olub. Onlardan 336-sı həlak olub, 773-ü isə yaralanıb.
Hadisələrin 48,8 faizi gündüz, 37,1 faizi gecə, 14,1 faizi isə toran vaxtı baş vermiş, 29,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,3 faiz artaraq 235 nəfər, yaralananların sayı isə 7,9 faiz artaraq 696 nəfər olub.
Oxşar xəbərlər
Bu il yollarda baş verən qəzalarda 504 nəfər həlak olub
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) cari ilin 9 ayı ərzində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikasını yayıb. BAKU.WS xəbər verir ki, 2021-ci ili...