Bu il 30-a yaxın kollecdə monitorinq keçirilib, 17 nəfər işdən çıxarılıb
Bu il 30-a yaxın orta ixtisas təhsili müəssisəsində (kollec) monitorinqlər keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, monitorinqlər zamanı kolleclərdə tədris prosesinin təşkilində, eləcə də idarəetmədə müəyyən edilən nöqsanlar nəticəsində bir sıra kolleclərin rəhbər şəxsləri barədə müvafiq intizam tənbeh tədbirləri görülüb, 9 direktor və 8 direktor müavini ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib.
Bundan başqa, təqvim ilində 9 əlavə təhsil müəssisəsinə baxış keçirilib, onlardan 3-ü barədə müsbət, 4-ü barədə mənfi qərar qəbul edilib. 2 müəssisənin isə sənədləri hazırda baxılma mərhələsindədir.
Oxşar xəbərlər
Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var
Qusar rayonunda meşədə meyit tapılıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 23-də saat 15 radələrində Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisi...