Bu gün Zəhra Quliyevanın anım günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
2017-ci ilin iyul ayında baş verən erməni təxribatına qurban gedən Zəhranın bu gün anım günüdür.
BAKU.WS xəbər verir ki, Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub.
2017-ci ilin iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyeva qətlə yetirilib. Eyni zamanda atəş nəticəsində Sərvinaz Quliyeva yaralanıb və xəstəxanaya çatdırılaraq əməliyyat edilib.
Zəhranın ölümündən sonra sosial şəbəkələrdə geniş "I am Zahra" aksiyası keçirilib, onun faciəsi ilə bağlı kitablar yazılıb.
Oxşar xəbərlər
Ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən körpə Zəhranı anırıq
Bu gün 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən, nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilən 14 aylıq körp...