BŞTİ-nin keçmiş əməkdaşı məhkəmə qarşısında: Nədə ittiham olunur?

09
dek
2023
23:00
Bakı Şəhər Təhsil İdarəsinin keçmiş əməkdaşı Şahin Təhməzovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
“Qaynarinfo” xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.
Şahin Təhməzov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Bu maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İş üzrə Bakı Şəhər Təhsil İdarəsi zərərçəkən qismində tanınıb.
Oxşar xəbərlər
Kəndə apardıqları qadını yolda zorlamaq istədilər - Azərbaycanda CİNAYƏTİN TƏFƏRRÜATLARI
Azərbaycanda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Şamaxı şəhər sakini, 1983-cü il təvəllüdlü Rasim Təhməzov və Qobustan rayon sakin...
