BŞBPİ Qiyas İbrahimovun intihara cəhdi ilə bağlı məlumat yayıb

BŞBPİ Qiyas İbrahimovun intihara cəhdi ilə bağlı məlumat yayıb
Hadisə 435

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Qiyas İbrahimovun intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb.

İdarədən BAKU.WS-ə verilən məlumatda qeyd olunur ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da saat 17 radələrində yaşadığı evin damına çıxmış, ictimai diqqəti üzərinə yönəldərək qanunsuz çağırışlar edib. Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcəkdir.

Son xəbərlər