Bərdədə Hollivud filmlərini xatırladan CİNAYƏT

Bərdədə Hollivud filmlərini xatırladan CİNAYƏT
Hadisə 1606
Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS

Son xəbərlər