Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb, 9 nəfər xəsarət alıb - FOTO

Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb, 9 nəfər xəsarət alıb - FOTO
Hadisə 1140
Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.Məlumata görə, 1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi “RAF” markalı 66 BC 806 dövlət nömrə nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna, 40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Nazirlik işçisi qəzada öldü - FOTO

Nazirlik işçisi qəzada öldü - FOTO

Ağdam rayonunda ölümlə nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndi ərazisində baş v...

2193 Hadisə 23:45 27 mart 2018

Son xəbərlər