Bolqarıstan diplomatları İrandan təxliyə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bolqarıstan diplomatlarının İrandan təxliyəsi həyata keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bolqarıstanın İrandakı diplomatik nümayəndəliyinin 10-dan çox əməkdaşı sərhədi keçərək Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...