Boğazına ilişən kartofa görə xəstəxanalıq olan məşhur aktrisa vəfat etdi
Türkiyənin məşhur aktrisası Oya Aydoğan vəfat edib.
BAKU.WS-in məlumatına görə, boğazına ilişən kartofu çıxartmaq istəyərkən aorta damarı cırılarn aktrisa aparılldığı xəstəxanada əməliyyat olunub. 12 saat davam edən əməliyyatdan sonra Oya Aydoğan reanimasiyaya qaldırılıb. Aydoğan 1 həftə davam edən mübarizədən sonra bu səhər dünyasını dəyişib.
Aktrisanın ölüm xəbəri bütün sevənlərini kədərləndirib.
Məşhur kino və serial oyunçusu Oya Aydoğan 1957-ci ildə Ərzincanda dünyaya göz açıb. Kino sahəsi ilə 1976-ci ildə yolları kəsişən Aydoğan 80-ci illərdə ən reytinqli filmlərə çəkilib.
BAKU.WS
Oxşar xəbərlər
Məşhur cütlük evlənir
Aktrisa Fahriye Evcen siması olduğu olduğu "Loreal Paris"in yeni reklam kompaniyası üçün təşkil olunan mətbuat konfransına qatılıb. BAKU.WS Türkiyə mətbuatına...