BMW ilə "avtoşluq" edən sürücü həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən BMW markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...