Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, Birinci Qarabağ müharibəsində itkin düşən və sonradan nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlu avqustun 21-də dəfn ediləcəklər.
Çümşüd Məmmədov Laçın şəhərindəki Şəhidlər xiyabanında, Sərdar İsmayılov Neftçala rayonunun Astanlı kənd qəbiristanlığında, Vaqif Məhərrəmov Neftçala şəhərindəki Şəhidlər xiyabanında, Mürşüd Nərimanov İmişli rayonunun Məzrəli kənd qəbiristanlığında, Akif Qurbanov isə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...