Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimizin nəşi tapıldı
27
okt
2025
11:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun nəşi tapılıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır.
Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Mübariz Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda qəhrəmanlıqla şəhid olub.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...