Bir zərbə ilə müştərini öldürən mühafizəçi danışdı: İstədim ona yaxınlaşıb kömək edim... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda törədilən səs-küylü cinayət hadisələrindən birinin məhkəmə istintaqı yekunlaşıb. Söhbət 2021-ci ilin avqust ayında restoranların birində baş verən ölüm hadisəsindən gedir.
Mühafizəçinin bir yumruq zərbəsi 41 yaşlı Mustafayev Vüqar İlham oğlunun həyatına son qoyub. Mübahisə müştərilərdən birinin restorana corabsız gəlməsinə görə başlayıb.
Hadisəni törədən 34 yaşlı Şahbazov Orxan Rəhman oğlu istintaqa ifadəsində bildirib ki, mübahisə zamanı onun şəxsiyyətinə toxunublar: "Birini vurdum, arxadan hiss etdim ki, əl gəlir. Fikirləşdim ki, bunu vurdumsa, dostudur onu müdafiə edəcək. Qorxumdan ona bir zərbə vurdum. Sonra onu gördüm, şoka düşdüm və özümü itirdim. İstədim ona yaxınlaşıb kömək edim".
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Orxan Şahbazov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...