Bir qrup Konqo vətəndaşı İrandan Azərbaycana təxliyə olunub
25
iyn
2025
19:19
"Astara" sərhəd-keçid məntəqəsindən daha bir qrup xarici vətəndaş təxliyə olunub.
BAKU.WS xəbər verir ki, "Astara" Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə yola salınan şəxslər Konqo Demokratik Respublikasının vətəndaşı olan 12 nəfər tələbə olub.
Qeyd edək ki, bir sıra xarici ölkələr İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycan hökumətinə müraciət ünvanlayıb. Azərbaycan isə humanitar dəyərlərə sadiq qalaraq, həmin şəxslərin ölkə ərazisindən təhlükəsiz və maneəsiz keçidi üçün bütün zəruri şəraiti təmin edib.
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ oldu
Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi...