Bir nəfər şadlıq sarayının şaxtasına düşərək ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Adəm Əzimzadənin Sumqayıt şəhərində yerləşən şadlıq sarayında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan BAKU.WS-ə bildirilib ki, aparılmış araşdırma zamanı müəyyən edilib ki, Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi “LOV Palace” şadlıq sarayının 2-ci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda şadlıq sarayında gənc oğlan faciəvi şəkildə öldü - FOTO
Sumqayıtda şadlıq sarayında 18 yaşlı gənc yıxılaraq ölüb. BAKU.WS APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən şa...