Bir neçə məsuliyyətsiz sürücüyə görə Bakının bu istiqamətində xaos yaşandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
65 saylı marşrut xəttinin avtobusları yolu keçə bilmədikləri üçün 1 saata yaxın eyni yerdə hərəkətsiz qalmağa məcbur olublar.
Məsələ ilə bağlı BAKU.WS-ə verilən məlumata görə, hadisə bu gün Murtuza Muxtarov küçəsində qeydə alınıb.
Buna səbəb isə avtomobillərin səliqəsiz park edilməsi olub. Nəticədə 65 saylı marşrut xətti üzrə çoxsaylı avtobuslar qeyd edilən istiqamətdə qalıb və hərəkət, 1 saata yaxındır, tamamilə dayanıb.
Baş verən bu kimi hallar marşrut xətti üzrə avtobusların hərəkət müntəzəmliyinin pozulmasına, ictimai nəqliyyata olan inamın azalmasına və maddi itki ilə yanaşı, stressə səbəb olur.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...