Bir neçə gün əvvəl ana olmuşdu, qəfil vəfat etdi
26
okt
2024
13:07
Şirvanda bir neçə gün əvvəl doğuş etmiş qadın ölüb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gecə Şirvan şəhər Yeni qəsəbə sakini, 1998-ci il təvəllüdlü Səma Əlişükür qızı Yusubova ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Lakin az sonra qadın vəfat edib.
Bildirilib ki, S.Yusubova iki həftə əvvəl qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Onun bədənində tromboemboliya olması və bu səbəbdən səhhətinin qəfil pisləşdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
Salyanda yol-nəqliyyat hadisəsi zamanı bir ailənin üç üzvü xəsarət alıb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayon...