Bir neçə ay əvvəl aldığı maşını oğurladılar - VİDEO
06
yan
2019
09:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda minik avtomobili oğurlanıb.Axşam avtomobilini yaşadığı binanın həyətində saxlayan şəxs səhər işə gedəndə nəqliyyat vasitəsinin oğurlandığını görüb.Hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində Qabil Kərimovun başına gəlib.Zərərçəkmişin sözlərinə görə, bir gün əvvəl ''Vaz-2107'' markalı avtomobilini öz yaşadığı binanın həyətində saxlayaraq evinə qalxıb.Qabil Kərimov dərhal ''102'' xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 13-cü polis bölməsinin əməkdaşları gəlib baxış keçiriblər. Qabil Kərimov 2009-cu il istehsalı olan həmin avtomobili bir neçə ay əvvəl 7 min manata aldığını deyir.13-cü polis bölməsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, faktla bağlı araşdırma aparılır. Ərazidəki bütün obyektlərin təhlükəsizlik kameralarına da baxış keçirilir.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Bakıda uçqun - maşın hasarın altında qaldı (VİDEO)
Bakıda yaşayış binasının həyətində təxminən 15 metr uzunluğunda istinad divarı uçub. Hadisə zamanı xəsarət alan olmasa da, bir avtomobilə ziyan dəyib.Hadisə pay...