Bir milyonluq yeyintiyə görə 8 il həbs verildi
"Rifah Qrup" MMC-nin 1 milyonluq yeyintidə ittiham olunan baş mühasibi Samirə Zeynalovanın məhkəməsi başa çatıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, S.Zeynalova 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, xanım müttəhim ittihamları qəbul etməyib. O, "Rifah Qrup"un qeyri-rəsmi rəhbəri Elnur Təvəkkül oğlu Əliyevin qanunsuz hərəkətlərindən xəbərdar olduğu üçün cəzalandırıldığını deyib.
S.Zeynalova deyib ki, uçot bazasına əsasən, E.Əliyevin maliyyə dövriyyəsi 287 milyon təşkil edib. Buna baxmayraq, 54 milyon manat sosial ödəmələrdən yayınıb. Zeynalova son sözlərində şirkətdə baş verənlərin dərindən araşdırılmasını və əsl təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsini xahiş edib.
Oxşar xəbərlər
Türkiyədə vəfat edən azərbaycanlı həkim sabiq icra başçısının bacısı qızı imiş
Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Azərbaycana gətirilib. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, mərhum Qaradağ rayonunun L...