Bir il əvvəl oğlu ölən ata qətlə yetirildi
14
apr
2025
20:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda 52 yaşlı kişi qətlə yetirilib. Hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.
Mehdiabad qəsəbəsinin sakini İftixar Həşimov tanımadığı şəxs tərəfindən qətlə yetirilib.
"Çox yaxşı insan idi. Kiməsə pisliyi dəyməyib. Oğlu da keçən il avtomobil qəzasında ölüb, hələ ili çıxmamışdı", - qonşu qətlə yetirilən şəxs barədə jurnalistlərə açıqlamasında deyib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...