Bir il ərzində cinayət işləri üzrə 18,3 milyon manatdan çox ziyan bərpa olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ildən bu günə cinayət işləri üzrə vurulmuş maddi ziyandan 3 milyon 435 min manatın ödənilməsi, həmçinin 14 milyon 916 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 18 milyon 351 min manat məbləğində ziyanın bərpası təmin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev rəsmi qəzetdəki məqaləsində qeyd edib.
Onun sözlərinə görə, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 307 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 189 min manat məbləğində pul vəsaiti ödənilib.
K.Əliyev həmçinin bildirib ki, 2020-ci ildən ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktları ilə əlaqədar 237 inzibati xəta haqqında is üzrə icraat və 644 cinayət işi başlanmaqla təqsirli şəxslər barəsində zəruri məsuliyyət tədbirləri görülüb, 7 milyon 277 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....