Bir həftə əvvəl Qobustanda yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb

Bir həftə əvvəl Qobustanda yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb
Hadisə 66

Bir həftə əvvəl Qobustan rayonunda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanvarın 4-də Qobustan rayonu ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Qax rayon sakini, 27 yaşlı Ağalı Rəfa Rizvan oğlu həkimlərin göstərdikləri səylərə baxmayaraq Bakıda Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Bakı-Şamaxı-Yevlax tolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınmışdı. Belə ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı maşınla toqquşmuşdu. Hadisə nəticəsində "Chevrolet"in sürücüsü 26 yaşlı Rəfa Ağalı xəsarət almışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb

Tovuz rayonunun Düz Cırdaxan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Ford" markalı yüngül tic...

9 Hadisə 09:09 16 avqust 2026

Son xəbərlər