Bir-birinə yol verməyən qadın sürücülər qəza törətdi: xəsarət alan var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtoqəza paytaxtın Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.
Yol ayrıcında “Nissan” markalı avtomobili idarə edən xanım sürücü digər eyni markalı avtomobili idarə edən xanıma yol verməyib.
Toqquşma zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, sözügedən ərazidə gün ərzində üçüncü dəfədir yol qəzası baş verir.
Qalereya
Oxşar xəbərlər
Bakıda zəncirvari qəza - FOTO
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, avtoqəza Mirəli Qaşqay və Hənifə Ələsgərov küçələrinin kəsiş...