Bir ailəni yasa boğan olay: iki qardaş dənizdə boğuldu
Ağstafa sakinləri Xəzər dənizində boğulub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.
Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları - 12 yaşlı Zahid və 9 yaşlı Amil bir qədər uzaqlaşıb.
Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb.
Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.
Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə gətirilib.
Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.
BAKU.WS
Oxşar xəbərlər
Şüvəlanda iki nəfər dənizdə boğuldu
Avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Masallı rayon sakini Amil Əliyev çimərkən boğulublar....