Bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bozdağ fərdi yaşayış massivində, 16-cı döngə, ev 14 ünvanında baş verib.
1978-ci il təvəllüdlü İnqilab Qara oğlu Yusifzadə, onun arvadı, 1978-ci il təvəllüdlü Azadə Afiq qızı Yusifzadə, həmçinin ailə başçısının anası və iki övladı yaşadığı evdə dəm qazından zəhərlənib. Nənənin və uşaqların durumu ilkin tibbi yardım göstərildikdən sonra normallaşıb. Ər və huşsuz vəziyyətdə olan arvad isə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 10 nəfər dəm qazından zəhərləndi
Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş verib. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənddə yaşa...