Bir ailənin 3 üzvü yol qəzasında yaralandı - ADLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Samux rayonunda yol qəzasında 4 nəfər xəsarət alıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Alıuşağı kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-21011 "markalı minik maşını ilə “Opel” markalı avtomobil toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alıb. Xəsarət alanların 3-ü bir ailənin üzvüdür. Yaralılar 47 yaşlı Qəhrəmanov İlham Sədrəddin oğlu, 45 Qəhrəmanova Mehriban İlyas qızı, 25 yaşlı Qəhrəmanov Sədi İlham oğlu və Abbasov Röyal Saleh oğludur.
Xəsarət alan şəxslər Gəncə şəhərində yerləşən Abbas Səhət adına Xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Öz evində qızını başqa kişi ilə görüşdürən ananın qan donduran cinayəti
Məmmədov Sədi Bəhram oğlu ilə Mahmudova Lalə Yaşar qızı əlbir olaraq 26 sentyabr 2015-ci ildə, saat 3-4 radələrində Yasamal rayonu, İzmir küçəsi 5, mənzil 55-də...