Binəqədidəki yanğın bir qrup abonenti qazsız qoydu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən taxta məmulatlarının emalı sexində baş vermiş yanğın səbəbindən bir qrup abonentə təbii qazın verilişi müvəqqəti dayandırılıb.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov sosial şəbəkə hesabında məlumat yayıb.
“Təhlükəsizlik tədbiri olaraq, fəsadlar aradan qaldırılana qədər Bakı Regional Qaz İstismarı Departamenti bir qrup abonentin qaz təchizatını müvəqqəti dayandırıb”, - C.Səfərov qeyd edib.
Əlavə edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Baş vermiş yanğın söndürülüb.
Oxşar xəbərlər
Hamilə gəlinin hamamda başına gətirilən DƏHŞƏT - Azərbaycanda ŞOK ƏMƏL
“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləm...