Binəqədidə ödəmə terminalının oğurlanması anları videoya düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.
BAKU.WS xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında rayonun 28 May qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3 min manatdan artıq vəsaiti talayıblar.
Saxlanılan şəxslərin törətdikləri oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....