Binəqədidə maşın qaçıran şəxs saxlanıldı
17
yan
2026
13:10
Binəqədi rayonu ərazisində vətəndaş polisə müraciət edərək VAZ-2107 markalı avtomobilinin yaşadığı evin yaxınlığından qaçırıldığını bildirib.
BAKU.WS xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda gedərkən maşında nasazlıq yaranıb, bu səbəbdən onu yaxınlıqdakı parklanma zonasına yerləşdirərək ərazidən uzaqlaşıb.
Araşdırma davam etdirilir.
Oxşar xəbərlər
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
Bu ilin 6 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2848 nəfər cəlb edilib. Bu barədə BAKU.WS-ə Narkomanlığa və Narkotik Vas...